Daxili İşlər Nazirliyi dünən Sumqayıtda baş verən partlayışla əlaqədar məlumat yayıb.
525.az-ın DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da saat 18 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.
Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib.
Yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.
çap et