Türkiyədə zəlzələ olub.
525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla 06:49-da Kütahya vilayətində 4.1 bal gücündə zəlzələ baş verib.
Episentri Simav şəhərindən 19 kilometr şimal-qərbdə olan yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.
çap et