525.Az

Sidneydə atışma - 16 yaralı


 

Sidneydə atışma - <b style="color:red"> 16 yaralı</b>

Avstraliyanın Sidney şəhərinin sakinlərindən biri mənzilinin pəncərəsindən ətrafdakı insanlara atəş açıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən şəhərin insanların sıx olduğu küçələrindən birində baş verib.

Qısa zamanda əraziyə xüsusi təyinatlı qüvvələr gəlib və həmin şəxslə qısa atışmadan sonra o, həbs edilib. Məlum olub ki, atəş açan 60 yaşlı Artemios Minsasdı. Minsas gözündən yüngül yaralandığı üçün əvvəl xəstəxanaya, oradan isə təcridxanaya aparılıb. Axtarış zamanı onun mənzilindən 7,62 mm kalibrli avtomat silah və 100-dən çox giliz götürülüb. 

Qeyd edək ki, Minsasın açdığı atəş nəticəsində möcüzə nəticəsində ölən olmayıb. 16 nəfəri yaralanıb ki, onlardan da birinin vəziyyəti ağırdır. 

L.Tağıyeva

 





06.10.2025    çap et  çap et