Fransanın Baş naziri Sebastian Lekornu istefa verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 9-da prezident Emmanuel Makron tərəfindən Baş nazir təyin edilən Lekornu siyasətçilərlə 3,5 həftədir davam edən danışıqlardan sonra dünən axşam saatlarında yeni hökuməti formalaşdırıb.
Lakin Lekornu hökumətinin keçmiş nazirlərdən və Makrona yaxın adamlardan ibarət olması tənqidlərə səbəb olub.
Hökumətə yönələn tənqidlərdən sonra Lekornu bu gün səhər istefa ərizəsini prezident Makrona təqdim edib. Fransa prezidenti istefanı qəbul edib.
Məhəmməd Tağıyev
çap et