Təl-Əviv rəhbərliyi Qlobal Sumud Flotilla qrupunun daha 171 fəalını deportasiya edib.
525.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin “X” sosial media platformasında məlumat yer alıb. Qeyd olunub ki, Qlobal Sumud Flotillasından nəzarətə alınan 171 fəal Yunanıstan və Slovakiyaya göndərilib. Deportasiya edilənlər arasında isveçli ətraf mühit fəalı Qreta Tunberqin də olduğu vurğulanıb.
Qeyd edək ki, Tunberqin və fotoşəkillərdəki digər fəalların monoxrom geyinmiş olması diqqət çəkib.
Məhəmməd Tağıyev
çap et