525.Az

Hindistanda xəstəxanada yanğın - 6 nəfər ölüb


 

Hindistanda xəstəxanada yanğın - <b style="color:red"> 6 nəfər ölüb</b>

Hindistanın Racastan ştatının Caypur şəhərindəki xəstəxananın reanimasiya şöbəsində yanğın olub.

525.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində reanimasiyada olan 11 xəstədən 6-sı həlak olub.

Hindistanın Baş naziri Narendra Modi X sosial media platformasındakı paylaşımında həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Yanğının reanimasiya şöbəsində elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur.

İsgəndər Həsənov

 





06.10.2025    çap et  çap et