Malayziyada timsahın hücumuna məruz qalmış və itkin hesab edilən 21 yaşlı gəncin aqibəti böyük ölçüdə bəlli olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun timsah tərəfindən parçalandığı ehtimal olunur.
Hadisə sentyabrın 27-də Saravak ştatında baş verib. Ceffri Meysinq Vin fermer təsərrüfatı yaxınlığında çayda qardaşı ilə çimərkən timsah tərəfindən suya çəkilib. Onun axtarışları 1 həftə sonra nəticə verib. Kənd sakinləri şübhələndilkləri timsahı tutduqdan sonra vəhşinin dişləri arasında paltar hissələri görüblər. Timsah yarıldıqda isə onun mədəsində insan qalıqları, o cümlədən kəllə, bud və başqa hissələr aşkarlanıb.
Qeyd edək ki, insan qalıqları tibbi ekspertizaya göndərilib, Ceffriyə məxsus olub-olmaması dəqiqləşdirilir.
L.Tağıyeva
çap et