525.Az

Venesuelada ABŞ səfirliyinə hücumun qarşısı alınıb


 

Venesuelada ABŞ səfirliyinə hücumun qarşısı alınıb<b style="color:red"></b>

Karakasda yerləşən ABŞ-nın Venesueladakı səfirliyinə planlaşdırılan hücumun qarşısı alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela hökuməti rəsmi məlumat yayıb.

Məlumatda bir qrup insanın səfirliyin binasına bomba yerləşdirilməsi barədə məlumat alan xüsusi xidmət orqanlarının onların əməlini ifşa etdiyi və qrupu zərərsizləşdirdiyi bildirilir.

Qeyd edək ki, hökümət bu hadisədən sonra səfirlik binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

L.Tağıyeva

 





06.10.2025    çap et  çap et