525.Az

Slovakiya Ukraynaya yeni yardım paketi elan edib


 

Slovakiya Ukraynaya yeni yardım paketi elan edib<b style="color:red"></b>

"Slovakiya Ukraynaya yeni hərbi dəstək paketi hazırlayır. Bu, mühəndislik və minatəmizləmə yardımının göstərilməsini nəzərdə tutur

525.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak Kiyevdə keçirilən üçüncü Beynəlxalq Müdafiə Sənayesi Forumunda bildirib.

"Mən çox məmnunam ki, nazir Denis Şmıqalla Slovakiyanın Ukraynaya mühəndislik və minalardan təmizləmə yardımı göstərməsini nəzərdə tutan 14-cü dəstək paketinə dair memorandum imzalamışıq", - Kalinyak deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri Slovakiya artilleriya sursatlarının istehsalı üzrə imkanlarını 15 dəfə artırıb.

Kalinyak, həmçinin bildirib ki, Slovakiyanın Baş naziri Robert Fitso ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən son görüşdə müdafiə sahəsində əməkdaşlıq qarşıdan gələn dördüncü hökumətlərarası birgə iclasın əsas mövzularından biri kimi müəyyən edilib.

Pərvanə Sultanova

 





06.10.2025    çap et  çap et