Misirdə İsrail və HAMAS hərəkatı olan nümayəndə heyətləri arasında dolayı danışıqlar başlayıb.
525.az xəbər verir ki, bu barədə “Al Qahera News” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə,İsrail və Fələstin nümayəndə heyətləri birbaşa olmayan danışıqlarda girovların və məhbusların azad olunmasını müzakirə edirlər.
Oktyabrın 3-də Fələstinin HƏMAS hərəkatının rəhbərliyi ABŞ prezidentinin təklif etdiyi bütün israilli girovların azad olunmasını nəzərdə tutan planın şərtlərinə əməl etməyə hazır olduğunu açıqlayıb. Buna cavab olaraq Tramp İsraili məhbusların təhlükəsiz azad edilməsini təmin etmək üçün Qəzza zolağına hücumları dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, Trampın Qəzza münaqişənin başa çatdırılmasını nəzərdə tutan planı 20 bənddən ibarətdir.
Pərvanə Sultanova
çap et