525.Az

Yeni ilin ilk yaradıcılıq işi – “Dəcəl keçi”


 

Yeni ilin ilk yaradıcılıq işi – “Dəcəl keçi”<b style="color:red"></b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın yaradıcılıq işlərinə start verilib.

Bu dəfə teatr gənc yazıçı və dramaturq Pərvinin yaradıcılığına müraciət edib. Pərvinin Gənc Tamaşaçılar Teatrı ilə növbəti işbirliyi Azərbaycan Xalq nağılları əsasında səhnələşdirdiyi “Dəcəl keçi” pyesidir.

Tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlər tənqid olunur.

Yeni səhnə əsərində rolları teatrın gənc aktyorları Səbinə Məmmədova, Aydın Dəmirov, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.   

Tamaşanın premyerası mart ayının 7-də baş tutacaq.

Məlumat üçün bildirək ki, Pərvin bundan öncə teatrın cari repertuarında olan A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” (tərcümə)  və Xalq nağılı “Qoğalın nağılı” (səhnələşdirmə) tamaşalarının yaradıcılıq işində yaxından iştirak etmişdir.  

 





17.01.2015    çap et  çap et