525.Az

Tibb üzrə Nobel mükafatı laureatları müəyyənləşib


 

Tibb üzrə Nobel mükafatı laureatları <b style="color:red"> müəyyənləşib</b>

2025-ci ildə tibb üzrə Nobel mükafatı laureatları açıqlanıb.

525.az xəbər verir ki, mükafatı Meri Brunkov, Fred Ramsdell və Şimon Sakaquçi qazanıblar. Onlar "Periferik İmmun Tolerantlıq" mövzusundakı işlərinə görə 2025-ci il Tibb üzrə Nobel Mükafatını qazanıblar.

Periferik immun tolerantlıq immunitet sisteminin öz toxumalarına hücum etməsinin qarşısını alaraq tarazlığı qorumağa kömək edən ən mühüm mexanizmlərdən biri olaraq təyin olunur. Alimlərin bu sahədə kəşfləri otoimmün xəstəliklərin anlaşılması və müalicəsi üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tibb üzrə Nobel Mükafatı 2025-ci il Nobel Mükafatları çərçivəsində elan edilən ilk mükafatdır. Bu barədə İsveçin Stokholm şəhərindəki Karolinska İnstitutunda keçirilən paneldə məlumat verilib.

İbrahim Cəfərov

 





07.10.2025    çap et  çap et