525.Az

Yüzlərlə alpinist Everestdə qapalı qalıb


 

Yüzlərlə alpinist Everestdə qapalı qalıb<b style="color:red"></b>

Çinin Tibet Muxtar Bölgəsindəki Everest dağının şərq yamacında min nəfər 8848 metr hündürlükdə qapalı vəziyyətdə qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 1000 nəfərdən 350-si xilas edilib, 200-dən çox şəxslə isə əlaqə saxlanılıb.

Çin mətbuatının yazdığına görə, səlahiyyətlilər Everest dağında minlərlə metrdən çox hündürlükdə yerləşən düşərgələrə girişi əngəlləyən qar yığınlarını təmizləmək üçün tədbirlər görüldüyünü açıqlayıblar.

Xilas edilənlərdən biri, 10 nəfərlik komanda ilə dağa çıxan 29 yaşlı Geşuanq Çen şiddətli fırtınadan sonra qarın qalınlığının bir metrə çatdığını qeyd edib: “Biz hamımız təcrübəli yürüşçüyük, lakin çovğunun öhdəsindən gəlmək hələ də son dərəcə çətin idi”.

İbrahim Cəfərov

 





07.10.2025    çap et  çap et