525.Az

Nazirlik erməni KİV-nin məlumatlarını təkzib etdi


 

Nazirlik erməni KİV-nin məlumatlarını təkzib etdi<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında yayılan xəbərləri təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumatda bildirilir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır.
 
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

 





17.01.2015    çap et  çap et