ABŞ-də tibbi helikopter eniş zamanı qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının Sakramento şəhərində baş verib.
Qəza nəticəsində helikopterdə olan 3 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yerli polis insidentlə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, helikopter düşərkən bir neçə nəfər yaxınlıqdakı insan telefonla qəza anını çəkə bilib. İlk kömək də məhz həmin insanlardan gəlib.
L.Tağıyeva
çap et