İndoneziyanın Bandunq şəhərində otellərin birinə soxulan leopard insanlara gərgin anlar yaşadıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, otaqların birinin qarşısında gizlənməyə çalışan vəhşi pişik ona yaxınlaşanlara hücum edib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. 3 saatdan sonra leopardı zərərsizləşdirmək mümkün olub.
Qeyd edək ki, hazırda otel normal fəaliyyət göstərir. Leopard isə zooparka yerləşdirilib.
L.Tağıyeva
çap et