525.Az

Köçəryan parlament seçkilərində iştirak edəcək 


 

Köçəryan parlament seçkilərində iştirak edəcək <b style="color:red"></b>

Ermənistanın ikinci prezidenti Robert Köçəryan siyasi komandası ilə 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

525.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

Köçəryan deyib ki, təkcə özünün seçki kampaniyasında iştirakı kifayət deyil. O, ölkədə real dəyişikliklərə gətirə biləcək digər siyasi qüvvələrin də meydana çıxacağına ümid etdiyini söyləyib.

"Mənim komandam seçkilərdə iştirak edəcək. Əgər partiya seçkidə iştirak edirsə, deməli, onun lideri də iştirak edir”, - Köçəryan vurğulayıb.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya baş nazirliyə namizəd irəli sürmək hüququ qazanacaq.

Pərvanə Sultanova

 





07.10.2025    çap et  çap et