525.Az

Kreml Azərbaycan və Rusiya liderlərinin telefon danışığını vacib adlandırıb


 

Kreml Azərbaycan və Rusiya liderlərinin telefon danışığını <b style="color:red"> vacib adlandırıb</b>

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı aparıldığını təsdiqləyib.

525.az xəbər verir ki, bu barədə o, brifinqdə deyib.

“Həqiqətən telefon zəngi olub, Prezident İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib. Digər məsələlər də müzakirə olunub. Hələlik bunu deyə bilərəm”, - Peskov qeyd edib.

Danışıqları şərh edən rəsmi vurğulayıb ki, “bu, çox vacibdir”.

Pərvanə Sultanova

 





07.10.2025    çap et  çap et