525.Az

“Rusiyanın “Tomahawk”ın tədarükü ilə bağlı mövqeyi aydındır” -  Peskov 


 

“Rusiyanın “Tomahawk”ın tədarükü ilə bağlı mövqeyi aydındır” - <b style="color:red"> Peskov </b>

“Rusiya prezidenti Vladimir Putin Amerikanın “Tomahawk” qanadlı raketlərinin Kiyevə çatdırılması halında Moskvanın reaksiyasını çox konkret şəkildə açıqlayıb”.

525.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Prezident Putin Moskvanın mövqeyini Valday Diskussiya Klubunun bu yaxınlarda keçirilən iclasında çox aydın ifadə edib”, - Kreml sözçüsü xatırladıb.

Qeyd edək ki, Putin "Tomahawk"ın tədarükü ilə bağlı bəyanatları təhlükəli adlandırıb və bunun ABŞ ilə münasibətlərə xələl gətirəcəyini vurğulayıb.

Pərvanə Sultanova

 





07.10.2025    çap et  çap et