Fransanın keçmiş baş naziri Eduar Filipp ölkə rəhbəri Emmanuel Makronu yeni prezident seçkiləri təyin etməyə çağırıb.
525.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yaylb.
“Həll yolu tapmaq prezidentinin səlahiyyətindədir. Yaxşı olardı ki, o, işi büdcə hazırlamaq və sonra növbədənkənar prezident seçkiləri keçirmək olan bir Baş nazir təyin etsin”, - Filipp deyib.
Xatırladaq ki, bundan əvvəl Fransa mediası bir neçə rəy sorğusunun nəticələrini dərc edib, respondentlərin əksəriyyəti ölkədəki dərin siyasi böhran səbəbindən Makronun vaxtından əvvəl istefa verməsinin tərəfdarıdır.
Pərvanə Sultanova
çap et