Papua-Yeni Qvineyada 6.6 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.
Episentri Morobe əyalətinin mərkəzi Lae şəhərindən 26 kilometr cənub-qərbdə yerləşən zəlzələ təxminən 100 kilometr dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami təhlükəsi elan olunub, lakin tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Papua Yeni Qine dünyada zəlzələlərin və vulkanik fəaliyyətlərin ən çox baş verdiyi ərazilərdən biri olan Sakit Okean “Od Halqası” üzərində yerləşir.
İsgəndər Həsənov
çap et