525.Az

Almaniyada mer bıçaqlanıb


 

Almaniyada mer bıçaqlanıb<b style="color:red"></b>

Almaniyanın Herdekke şəhərinin meri İris Stalzer bıçaqlanıb.

525.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, Stalzer qarın və kürəyindən çoxsaylı bıçaq xəsarətləri alıb. O, huşunu itirməzdən əvvəl oğluna zəng edərək, küçədə bir neçə kişinin hücumuna məruz qaldığını deyib.

Hadisədən sonra ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Hələlik hücumun siyasi miqyaslı olub-olmadığı bəlli deyil.

SPD (Sosial Demokrat Partiyası) üzvü olan İris Stalzer bu ilin 28 sentyabrında mer seçilib. Onun vəzifəsinə başlamasından bir neçə gün sonra baş verən bu hücum Almaniyada geniş rezonans doğurub.

Həkimlər Stalzerin hələ də həyatı üçün mübarizə apardığını və səhhətinin kritik olduğunu bildiriblər.

İbrahim Cəfərov

 





08.10.2025    çap et  çap et