525.Az

Türkiyə kəşfiyyatının rəhbəri Misirə gedir - Qəzza danışıqlarında iştirak edəcək


 

Türkiyə kəşfiyyatının rəhbəri Misirə gedir - <b style="color:red"> Qəzza danışıqlarında iştirak edəcək</b>

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın sabah Misirin Şarm əl-Şeyx şəhərinə gedəcək.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Qəzzada atəşkəsə nail olmaq məqsədi ilə keçiriləcək atəşkəs danışıqlarına qatılacaq.

Danışıqların əsas gündəliyi Qəzzada atəşkəsin təmin edilməsi, əsirlərin mübadiləsi və humanitar yardımın çatdırılması olacaq.

Xatırladaq ki, İbrahim Kalın sabahkı danışıqlara qatılmadan əvvəl ABŞ, Misir, Qətər və HƏMAS rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.

İbrahim Cəfərov

 





08.10.2025    çap et  çap et