525.Az

"Azərbaycan və Koreya çoxtərəfli müstəvidə əməkdaşlıq edirlər" - Nazir müavini


 

"Azərbaycan və Koreya çoxtərəfli müstəvidə əməkdaşlıq edirlər" - <b style="color:red"> Nazir müavini</b>

"Azərbaycan-Koreya əməkdaşlığının gələcək perspektivlərinə nəzər saldıqda tərəfdaşlığımız üçün yeni imkanların açıldığını görürük".

525.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov bu ölkənin Milli Günü münasibətilə tədbirdə deyib.

Onun sözlərinə görə, bunların sırasında yaşıl enerji, rəqəmsal iqtisadiyyat, süni intellekt texnologiyaları və mədəni diplomatiya xüsusi yer tutur.

Nazir müavini əlavə edib ki, Azərbaycan Hökuməti Koreya ilə bu sahədə əməkdaşlığın inkişafında maraqlıdır.

E.Məmmədov Azərbaycan və Koreyanın çoxtərəfli müstəvidə əməkdaşlıq etdiklərini, beynəlxalq təşkilatlar səviyyəsində bir-birini dəstəklədiklərini, qlobal sülh və sabitliyə töhfə vermək üçün birgə fəaliyyət göstərdikləri söyləyib: "Bu həmrəyliyi BMT və digər beynəlxalq platformalarda açıq müşahidə edirik".

Pərvanə Sultanova

 





08.10.2025    çap et  çap et