525.Az

Myanmada festivala bombalı hücum - ən azı 40 nəfər ölüb


 

Myanmada festivala bombalı hücum - <b style="color:red"> ən azı 40 nəfər ölüb</b>

Myanma ordusu Saqainq bölgəsində yerləşən Çaunq U şəhərində buddist festivalına hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, paraşütdən atılan bombalar nəticəsində azı 40 nəfər həlak olub.

İnsan haqları təşkilatı “Amnesty İnternational” bəyanatında bildirib ki, hücum Myanmada mülki əhalinin təcili müdafiəyə ehtiyacı olduğuna dair dəhşətli xəbərdarlıqdır.

Xatırladaq ki, 2021-ci ildən baş verən hərbi çevrilişdən sonra Myanmada insanlar vətəndaş müharibəsi şəraitində yaşayırlar.

İbrahim Cəfərov

 





08.10.2025    çap et  çap et