525.Az

Madriddə binanın üçması nəticəsində ölənlərin sayı 4-ə çatdı


 

Madriddə binanın üçması nəticəsində ölənlərin sayı 4-ə çatdı<b style="color:red"></b>

Dünən Madriddə təmir edilən binalardan birinin uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Madrid meri Xose Luis Martines-Almeyda məlumat verib.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verən mer xilasetmə işlərinin davam etdirildiyini, dağıntılar altında insanların qalma ehtimalı olduğunu bildirib.

Xatırladaq ki, dünən yerli vaxtla 13:00-da Kral Opera Teatrı yaxınlığında təmir edilən 6 mərtəbəli binanın damı uçub. Bu isə binanın bir hissəsinin çökməsinə səbəb olub.

L.Tağıyeva

 





08.10.2025    çap et  çap et