Ekvador prezidenti Daniel Noboanın maşınına daş və silahla hücum edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ekvadorun ətraf mühit və enerji naziri İnes Manzano bildirib.
O qeyd edib ki, Noboanın avtomobil karteji Caar əyalətində su təmizləyici qurğunun açılışına gedərkən 500 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb. İnsident zamanı dövlət başçısı xəsarət almayıb.

“Prezidentin maşınına atəş açmaq, daş atmaq, dövlət əmlakına ziyan vurmaq - bunlar cinayətdir. Biz buna icazə verməyəcəyik", - İnes Manzano deyib.
Hadisə ilə əlaqədar 5 nəfər şübhəli qismində saxlanılıb, ətraflı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov
çap et