525.Az

Umayra Tağıyeva vəzifəsindən azad edilib


 

Umayra Tağıyeva vəzifəsindən azad edilib<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi əsasında işdən azad olunub.
 
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.
 





19.01.2015    çap et  çap et