525.Az

Putin Tacikistana üç günlük səfər edib 


 

Putin Tacikistana üç günlük səfər edib <b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin Tacikistana dövlət səfəri edib.

525.az xəbər verir ki, üç gün davam edəcək səfər zamanı Rusiya lideri bir sıra tədbirlərdə də iştirak edəcək.

O, növbəti Rusiya-Mərkəzi Asiya sammitinə və MDB Dövlət Başçıları Şurasının iclasına qatılacaq. Rusiya liderini beynəlxalq hava limanında Tacikistan Prezidenti Emoməli Rəhmon qarşılayıb.

Qeyd edək ki, daha əvvəl Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Rusiya və Azərbaycan prezidentləri arasında Düşənbədə ikitərəfli görüşün keçirilə biləcəyini istisna etməyib. 

Pərvanə Sultanova

 





08.10.2025    çap et  çap et