“Tacikistanın paytaxtı Düşənbədə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında görüş baş tutacaq”.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Tacikistana səfər üçün əvvəlcədən elan edilmiş proqrama əlavə olaraq, Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında görüş baş tutacaq”, - Peskov deyib.
Daha əvvəl Putinin köməkçisi Yuri Uşakov belə bir görüşün mümkünlüyünü açıqlayıb.
Pərvanə Sultanova
çap et