Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyət olacaq.
525.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
"Orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə oktyabrın 9-da saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq", - məlumatda deyilir.
çap et