İsrail ordusunun Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda son 24 saatda 10 fələstinli həyatını itirib.
525.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 10 nəfər ölüb, 61 nəfər yaralanıb.
Bununla da, İsrailin Qəzza sektorunda martın 18-də hərbi əməliyyatları bərpa etməsindən ötən dövr ərzində 13 588 nəfər ölüb, 57 800 nəfər yaralanıb.
Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 67 183, yaralıların sayı isə 169 841 nəfərə çatıb.
İbrahim Cəfərov
çap et