525.Az

TRT kanalları Şəhidlər Xiyabanından canlı yayım verəcək


 

TRT kanalları Şəhidlər Xiyabanından canlı yayım verəcək<b style="color:red"></b>

20 Yanvar faciəsinin 25-ci  ildönümü TRT  kanallları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.
 
Bu barədə 525.az-a məlumat verən TRT-nin Bakı nümayəndəsi Yildiray Arslan  20 yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.
 
Onun sözlərinə görə, TRT 20 Yanvar  gecəsində yaşanan faciəni fərqli şəkildə  ekranlara gətirəcək.
TRT Bakı Təmsilciliyi AzTv-nin texniki dəstəyi ilə 20 Yanvar hüzün gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək.

Canlı yayımda o gecənin  şahidləri ilə yanaşı,  Azərbaycan Prezidenti yanında Dövlət Geostrateji Araşdırmalar mərkəzinin sədri Elman Nəsirli, Qafqaz Beynəlxalq münasibətlər və strateji araşdırmalar mərkəzinin rəhbəri Araz Aslanlı və TRT Bakı Təmsilciliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.
 
“TRT Avaz” kanalının koordinatoru Murat Akkoç da  20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcəklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını söyləyib.
 
Bu proqram, xəbər və canlı bağlantılar  “TRT Haber”, “TRT Avaz” və “TRT Türk” kanallarında yayımlanacaq.

 





19.01.2015    çap et  çap et