525.Az

3 gün meşədə qalan 92 yaşlı kişi sağ tapıldı


 

3 gün meşədə qalan 92 yaşlı kişi <b style="color:red"> sağ tapıldı</b>

Rusiyada azaraq 3 gün meşədə ac-susuz qalan 92 yaşlı təqaüdçü sağ qalıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Anapada baş verib.

Kişinin evə dönmədiyini görən yaxınları bu barədə polisə məlumat veriblər. Axtarışa polis əməkdaşları ilə yanaşı könüllülər və ətraf kəndlərin sakinləri də qoşulublar. 3 günlük əziyyətdən sonra qoca Kumatır yaşayış məntəqəsi yaxınlığında tapılıb.

Qeyd edək ki, həkimlər tərəfindən müayinə olunan kişinin həyati təhlükəsi yoxdur.

L.Tağıyeva

 





09.10.2025    çap et  çap et