525.Az

HƏMAS və İsrail arasında atəşkəs müqaviləsi imzalandı - YENİLƏNİB


 

HƏMAS və İsrail arasında atəşkəs müqaviləsi imzalandı - <b style="color:red"> YENİLƏNİB</b>

Qəzza planının birinci mərhələsinə əsaslanaraq İsrail və HƏMAS arasında atəşkəs müqaviləsi imzalanıb.

525.az xəbər verir ki, bu barədə Misir “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

İsraildə yerləşən i24 kanalının məlumatına görə isə, ordu geri çəkilmək üçün hökumətin təsdiqini gözləyir.

İsrail Baş nazirinin ofisindən bildirilib ki, atəşkəs Nazirlər Kabinetinin bugünkü iclasından sonra rəsmən təsdiqlənəcək.

***

HƏMAS və İsrail Misirdə günlərdir davam edən atəşkəs danışıqlarından sonra nəhayət razılığa gəliblər.

525.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Bildirilir ki, sazişin mətni yerli vaxtla günorta saatlarında İsrail tərəfindən imzalanacaq.

Təl-Əviv hökumətinə yaxın bir rəsmi “Times of Israel” qəzetinə açıqlamasında qeyd edib ki,

razılaşmanın Nazirlər Kabinetinin plenar iclasına təqdim edilməsindən sonra saat 17:00-da İsrail Təhlükəsizlik Kabineti razılaşmanı müzakirə etmək üçün toplanacaq. Səsvermədən sonra müqavilənin təsdiqlənməsi gözlənilir.

İbrahim Cəfərov

 





09.10.2025    çap et  çap et