525.Az

“Qəzzada atəşkəsi alqışlayırıq” - Türkiyə XİN


 

“Qəzzada atəşkəsi alqışlayırıq” - <b style="color:red"> Türkiyə XİN</b>

Türkiyə Xarici İşlər Nazirliyi HƏMAS və İsrail arasında atəşkəslə bağlı razılıq əldə olunmasına münasibət bildirib.

525.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, Qəzzada davamlı sülh yalnız İsrail-Fələstin probleminin ədalətli həlli ilə mümkündür:

“Qəzzada atəşkəsi alqışlayırıq və ümid edirik ki, bu atəşkəs iki ildir davam edən soyqırımı sona çatdıracaq. Atəşkəslə birlikdə humanitar fəlakət yaşayan bir bölgə olan Qəzzaya humanitar yardım çatdırılmalıdır. Qəzzada davamlı sülh yalnız İsrail-Fələstin probleminin ədalətli həlli ilə mümkündür. Ümid edirik ki, atəşkəs danışıqlarında əldə olunan sürət iki dövlətli həllin həyata keçirilməsinə töhfə verəcək”.

İbrahim Cəfərov

 





09.10.2025    çap et  çap et