525.Az

Tramp əsirlərin azad ediləcəyi tarixi açıqladı


 

Tramp əsirlərin azad ediləcəyi <b style="color:red"> tarixi açıqladı</b>

ABŞ prezidenti Tramp Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqladıqdan sonra planın təfərrüatları barədə danışıb.

525.az xəbər verir ki, “Fox News” telekanalına açıqlamasında ABŞ lideri bildirib ki, əsirlərin azad edilməsi çox əhəmiyyətli hadisədir. Tramp qeyd edib ki, əsirlər böyük ehtimalla, oktyabrın 13-də azad ediləcəklər.

O, həmçinin bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahu ilə aralarındakı telefon danışığından da söz açıb.

“Mən Netanyahuya dedim ki, İsrail bütün dünya ilə döyüşə bilməz. O, bunu çox yaxşı bilir”, - deyə ABŞ prezidenti əlavə edib.

İbrahim Cəfərov

 





09.10.2025    çap et  çap et