İspaniya parlamenti İsrailə silah embarqosunu təsdiqləyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə dəfə təxirə salınan səsvermə nəhayət baş tutub. Nəticədə parlament üzvlərindən 178-i qərarın lehinə, 169-u isə əleyhinə səs verib. Bununla da, İspaniya parlamenti İsrailə silah embarqosunu təsdiqləmiş olub.
Xatırladaq ki, İspaniya hökuməti sentyabrın 9-da İsrailə qarşı 9 bəndlik sanksiyalar tətbiq edib.
İbrahim Cəfərov
çap et