2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi müəyyənləşib.
525.az xəbər verir ki, builki mükafatı macar yazıçı Laszlo Krasznahorkai qazanıb.
5 yanvar 1954-cü ildə Macarıstanın Gyula şəhərində anadan olan Krasznahorkai 1973-1976-cı illərdə Jozsef Attila Universitetində hüquq təhsili alıb. Universitet illərində nəşriyyatda işləyib.
İlk romanı "Sátantanqo" 1985-ci ildə nəşr edilib.
Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatını Cənubi Koreya yazıçısı Han Kanqa qazanıb.
İbrahim Cəfərov
çap et