Avstraliyada qısadişli akulanın (Carcharhinus brachyurus) hücumuna məruz qalan üzgüçü möcüzə nəticəsində ölməyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kenquru adası sahillərində baş verib.
Köpək balığı sörfinqlə məşğul olan 50 yaşlı kişinin ayağını 2 dəfə dişləyib. Ağır yaralara və qan itirməsinə baxmayaraq, o, özünü xəstəxanaya çatdıra bilib. Cərrahi əməliyyat keçirən üzgüçü həkimlərin sayəsində sağ qalıb.
Qeyd edək ki, Cənubi Avstraliya ştatının akulaları izləmə təşkilatının bildirdiyinə görə, hücuma səbəb böyük ehtimalla insanın yırtıcı ov edərkən onun qarşısına çıxmasıdır.
L.Tağıyeva
çap et