525.Az

Almaniya polisinə PUA vurmaq səlahiyyəti verilib


 

Almaniya polisinə PUA vurmaq <b style="color:red"> səlahiyyəti verilib</b>

Almaniya hökuməti ölkə daxilində icazəsiz dron uçuşlarının artması və hava limanının fəaliyyətinin dayandırılmasından sonra polis qüvvələrinə lazım gələrsə, dronları vurmaq səlahiyyəti verən yeni qanun layihəsi hazırlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən və parlamentə təqdim ediləcək qanun layihəsi, polisin təhlükə və ya ciddi zərər hallarında pilotsuz təyyarələri vurmasını qanuniləşdirir.

Yeni reqlamentə əsasən, polis pilotsuz təyyarələrin idarə edilməsi və naviqasiya əlaqələrini təkcə odlu silahlarla deyil, həm də lazer sistemləri və ya siqnal tıxanıcıları ilə poza biləcək.

Qeyd edək ki, Almaniya həmçinin İsrail və Ukrayna ilə texnoloji konsaltinq sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

Məhəmməd Tağıyev

 





09.10.2025    çap et  çap et