525.Az

Rövşən Nəcəf FİFA Komitəsinə üzv seçildi


 

Rövşən Nəcəf FİFA Komitəsinə üzv seçildi<b style="color:red"></b>

FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.

525.az AFFA-ya istinadən xəbər verir ki, bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.

Bu prosesin nəticəsi olaraq, FIFA Şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün FIFA-nın Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.

FIFA Şurasının qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.

Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.

Yeni təyinatlar FIFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.

 





09.10.2025    çap et  çap et