525.Az

Yan Borq Trampı Ermənistan-Azərbaycan razılaşmasına görə Nobel Mükafatına namizəd göstərib


 

Yan Borq Trampı Ermənistan-Azərbaycan razılaşmasına görə Nobel Mükafatına <b style="color:red"> namizəd göstərib</b>

Maltanın xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

525.az xəbər verir ki, bu barədə “Times of Malta” nəşri yazıb.

XİN başçısı Trampın Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsindəki səylərini əsas gətirərək Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Borq vurğulayıb ki, keçən il ATƏT-in sədri kimi Ermənistanla Azərbaycan arasındakı münaqişədə bir çox insanla işləyib:

“Nəhayət, Amerika prezidentinin vasitəçiliyi ilə bu yay sülhə nail olundu”.

Pərvanə Sultanova

 





09.10.2025    çap et  çap et