525.Az

ABŞ prezidenti Ərdoğana təşəkkür etdi - "O, inanılmaz iş gördü”


 

ABŞ prezidenti Ərdoğana təşəkkür etdi - <b style="color:red"> "O, inanılmaz iş gördü”</b>

ABŞ prezidenti Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərində keçirilən danışıqlarda HƏMAS ilə İsrail arasında əldə olunan razılaşma barədə açıqlamalar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Qəzzanın yenidən qurulacağını bildirib:

“Bu, sülh üçün böyük bir işdir. HƏMAS 70 min insan itirdi. Bu, nə vaxtsa dayandırılmalı idi. Qəzzanı yavaş-yavaş yenidən quracağıq. Bu vəziyyətdən hamı çox razıdır”.

Tramp Qatar, Misir və Türkiyə liderlərinə təşəkkür edib: “Onlar bu günü gözəl keçirdilər. Prezident Ərdoğan danışıqlarda çox fəal idi. O, inanılmaz iş gördü”.

İsgəndər Həsənov

 





09.10.2025    çap et  çap et