525.Az

Gümüşün qiymətində tarixi rekord


 

Gümüşün qiymətində <b style="color:red"> tarixi rekord</b>

Gümüşün bir unsiya qiyməti 51,23 dollara yüksəlib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, bütün zamanların ən yüksək həddidir.

Məlumata görə, əmtəə bazarı il ərzində kəskin dalğalanmalar yaşayıb, xüsusilə qızıl və gümüş kimi qiymətli metallarda artım müşahidə olunub.

Gümüş, qızıl kimi, geosiyasi gərginlik və ya maliyyə qeyri-sabitliyi dövründə təhlükəsiz sığınacaq rolunu oynayır və sənaye sektorlarında da istifadə olunur. Elektronika, yarımkeçiricilər və bərpa olunan enerji kimi sektorlarda gümüşə olan sıx tələb, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı salması gümüş qiymətlərini dəstəkləyən əsas amillərdəndir.

İlə bir unsiya üçün 28,9 dollardan başlayan gümüşün qiyməti il ​​boyu alışlar hesabına formalaşıb. Xüsusilə may ayından sonra yüksəlişi sürətləndi və ardıcıl beş ay dəyər qazandı. Oktyabr ayında da bu yüksəliş tendensiyası davam edərək, gümüş bu gün bir unsiya üçün 51,23 dollarla rekord həddə çatıb. İlin əvvəlindən gümüş öz investorlarına 75,2% gəlir gətirib.

İbrahim Cəfərov

 





10.10.2025    çap et  çap et