525.Az

Şamaxıda tələbələr arasında bıçaqlaşma olub


 

Şamaxıda tələbələr arasında bıçaqlaşma olub<b style="color:red"></b>

Şamaxı rayonunda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisəsinin 15-16 yaşlı tələbələri arasında bıçaqlaşma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Şamaxı Dövlət Sənaye İqtisad Kollecinin I kurs tələbəsi, Xırdalan sakini, 1997-ci il təvəllüdlü Əsgərov Ağamusa Sülhəddin oğlu aralarında baş verən dava zəminində II kurs tələbəsi, Şamaxı sakini, 1996-cı il təvəllüdlü Məmmədov Araz Hacıbala oğluna bir neçə bıçaq xəsarəti yetirib.
 
A. Məmmədov Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. A. Əsgərov tutulub.
 
Şamaxı Rayon Polis Şöbəsi tərəfindən barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 





27.11.2012    çap et  çap et