525.Az

“Sülhün yaranması Azərbaycanla qalan bütün məsələlərin həllinə inam yaradır” -  Paşinyan 


 

“Sülhün yaranması Azərbaycanla qalan bütün məsələlərin həllinə inam yaradır” - <b style="color:red"> Paşinyan </b>

“Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh qalan bütün məsələlərin tədricən həll olunacağına inam yaradır”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında deyib.

“Sülhün qurulması o demək deyil ki, Ermənistan-Azərbaycan gündəmində olan məsələlər tükənib. Biz hələ qarşılıqlı ticarət, iqtisadi, siyasi, mədəni əlaqələr qurmalı, humanitar məsələləri həll etməliyik və uzunmüddətli düşmənçilik tarixini nəzərə alsaq, bu, asan məsələ deyil. Lakin bərqərar olmuş sülh əminlik yaradır ki, bu məsələlər tədricən öz həllini tapacaq", - Paşinyan deyib.

Pərvanə Sultanova

 





10.10.2025    çap et  çap et