525.Az

Valideynlərinin cəsədini 30 il soyuducuda saxlayıb


 

Valideynlərinin cəsədini 30 il soyuducuda saxlayıb<b style="color:red"></b>

Finlandiyanın Turku şəhərinin sakinlərindən biri valideynlərinin ölüm faktını 30 il gizlədə bilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu müddətdə o, cəsədləri soyuducuda saxlayıb.

Onun əməlinin üstü hələ 2024-cü ildə açılıb. 80 yaşlı kişiyə qarşı müvafiq maddə ilə cinayət işi başlanıb. Amma cəsədləri dəfn etmək mümkün olmayıb. Çünki təqaüdçü şəhər rəhbərliyini məhkəməyə verib. Bir neçə gün əvvəl ilk məhkəmə iclasında işə baxılıb. Növbəti iclas 2026-cı ilin aprelində təyin olunub. Bu isə o deməkdir ki, cəsədlər məhkəmə başa çatanacan basdırıla bilməyəcək.

Yeri gəlmişkən, kişi bu əməlinə belə aydınlıq gətirib ki, valideynləri dünyalarını dəyişməmişdən əvvəl ona ailəvi olaraq bir qəbirdə basdırılmalarını vəsiyyət ediblərmiş.

L.Tağıyeva

 





10.10.2025    çap et  çap et