525.Az

Türkiyədə avtobus yük maşınına çırpılın - 22 şagird xəsarət alıb


 

Türkiyədə avtobus yük maşınına çırpılın -<b style="color:red"> 22 şagird xəsarət alıb</b>

Türkiyənin Çorum şəhərində bələdiyyə avtobusu yük maşınına çırpılıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 22 şagird xəsarət alıb.

Xoşagəlməz hadisə bələdiyyə avtobusu şagirdləri kitab sərgisinə apararkən baş verib.

Hadisə yerinə dərhal polis və tibb işçiləri gəlib. Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb. Şagirdlərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İsgəndər Həsənov

 





10.10.2025    çap et  çap et