525.Az

Yeni dövlət proqramı layihəsi hökumətə təqdim edilib


 

Yeni dövlət proqramı layihəsi hökumətə təqdim edilib<b style="color:red"></b>

Təhsil Nazirliyi növbəti illərdə təhsil sisteminin İKT ilə təminatı ilə bağlı yeni dövlət proqramı layihəsini hazırlayaraq hökumətə təqdim edib”.

525.az-ın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. Nazir deyib ki, təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” artıq başa çatır.

M.Mərdanov əlavə edib ki, yaxın zamanlarda növbəti 7 ili əhatə edəcək proqramın təsdiq olunması gözlənilir. Növbəti 7 illik proqramda çoxlu yeniliklər nəzərdə tutulub. Proqram hökumət tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə geniş məlumat veriləcək.

S.QARAYEVA

 

 





27.11.2012    çap et  çap et